top of page

Avropa Məhkəməsi Avropa Superliqasına “qol-qanad” verir


Avropa Məhkəməsi UEFA və FİFA-nın 2021-ci ildə Super Liqanın qurulmasını əngəlləməsini yanlış elan edib: “Nə UEFA, nə də FİFA alternativ yarışlarda iştirak edən klublara sanksiya tətbiq edə bilməz”.


90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Məhkəməsinin bu addımından sonra Super Liqanın baş direktoru Bernd Reichart bunları deyib:


“UEFA-nın monopoliyası bitdi. Futbol PULSUZDUR. Klublar artıq sanksiya təhlükəsindən azaddır və öz gələcəklərini müəyyən etməkdə azaddırlar!"


"Azarkeşlər üçün: Super Liqanın bütün oyunlarına pulsuz baxmağı təklif edirik."


"Klublar üçün: Gəlirlər və həmrəylik xərclərinə zəmanət veriləcək."


Ümumiyyətlə, Superliqa bütün qarşılaşmaların pulsuz yayımlanacağını açıqlayıb!


Avropa Superliqası layihəsi reallaşacağı təqdirdə, turnirin dəyəri 100 milyard avro olacaq.

Artıq turnir başlayan kimi, "Real Madrid" və "Barselona" klubları 1 milyard avro "giriş bonusu" alacaqlar. Hər şey planlandığı kimi olarsa, 2024/25 mövsümü UEFA Çempionlar Liqasının son mövsümü olacaq və 2025/26 mövsümündən etibarən Avropa Superliqası qüvvəyə minəcək.


“Real Madrid”in prezidenti Florentino Peres:


“UEFA-ya “REAL MADRİD”in kim olduğunu xatırlatmalı olduq. Futbol tarixində əla gündür. Bu gün biz qalib gəldik. Bu gün futbol, ​​azarkeşlər və azadlıq qalib gəldi.


Vaxtilə cənab Santiago Bernabeu Çempionlar Liqası layihəsini irəli sürdükdə insanlar onu dəli adlandırırdılar, lakin bu gün hamı həmin turnirdən danışır”


Hətta "Mundo Deportivo" xəbər verib ki, bir sıra klublar Avropa Super Liqası layihəsindən gələcək təklifləri dəyərləndirməyə hazırdırlar:


PSV

Feyenoord

Benfika

Porto

İtaliya klublar

Srvena Zvezda

Anderlext

Və Türkiyə nəhəngləri ("Fənərbağça", "Qalatasaray", "Beşiktaş", "Trabzonspor")



0 comments
bottom of page