top of page

Avropa Məhkəməsi: Superliqanın qadağan edilməsi qanunsuzdur


Avropa Məhkəməsi FİFA və UEFA-nın 2021-ci ildə  Avropa Superliqanın yaradılmasını qadağan edən hərəkətlərini qanunsuz elan edib.

90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, təşkilatların Avropada klub yarışlarında monopoliyası yoxdur: Superliqa indi Avropa qanunlarına uyğun olaraq rəsmi olaraq yaradıla bilər.

Xatırladaq ki, 2021-ci ilin mayında Superliqa UEFA və FİFA-nı rəqabət qanunlarını pozmaqda ittiham etmişdi. Həmin ilin aprelində Avropanın 12 klubu Superliqanın yaradıldığını elan etmişdi. Buraya İngiltərənin “Arsenal”, “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted”, “Tottenhem”, “Çelsi”, İspaniyanın “Atletiko”, “Barselona”, “Real”, həmçinin İtaliyanın “İnter”, “Milan” və “Yuventus” klubları daxil idi.

Sonradan tənqidlər fonunda 9 klub “Barselona” və “Real"ın maraqlı olduğu layihədə iştirakdan imtina edib. Beləliklə, yeni qərara əsasən, İspaniya komandaları Çempionlar Liqası, Avropa turnirləri və ya FİFA yarışlarından kənarda qala bilməz.

0 comments
bottom of page