top of page

Avropa Super Liqası layihəsi geri qayıdır

Avropa Super Liqası layihəsi yenidən aktivləşdirildi.


90plus.az “Telegraph Football”a istinadən xəbər verir ki, “Real Madrid”, “Barselona” və “Yuventus” rəhbərləri UEFA və FİFA-ya qarşı son məhkəməni də qazanıblar.


Bu səbəbdən onlara qarşı sanksiyalar tətbiq edilə bilməyəcək.


Avropa Superliqasının yenilənmiş formatına əsasən:


Ən azı 2-3 liqanın olması planlanıb;

60-80 arası klublar yer alacaq;

Liqada daimi iştirakçı klub olmayacaq, yəni 3 yaradıcı klub ("Real Madrid", "Barselona", "Yuventus") belə aşağı liqaya düşə bilər;

Hər klub mövsümdə ən azı 14 oyuna çıxacaq;

İştirak edəcək hər klub güclü maliyyə imkanı fürsəti əldə edəcək və hazırkı UEFA gəlirlərindən daha yüksək gəlirlər əldə edə biləcək;


Qeyd edək ki, 3 klub rəhbərləri 50-yə yaxın klubla yenidən danışıqlara başlayıb.



0 comments
bottom of page