top of page

Avropa Superliqasının büdcəsi çox böyükdür


Avropa Superliqasının qarşıdakı 2 il üçün büdcəsi 15 milyard avro təşkil edir.


90plus.az xəbər verir ki, dekabrın 21-də Avropa Superliqasının yeni formatı təqdim olunub. Buna əsasən, yarışda üç liqaya bölünən 64 klub orada iştirak edəcək. Hər liqada yarış iki mərhələdə keçiriləcək - liqa mərhələsi və pley-off mərhələsi. Yeni turnirin startı 2025-ci ilə planlaşdırılıb. Hazırda Superliqanın iştirakçıları siyahısında yalnız “Barselona” və “Real” yer alıb.


Avropanın bir çox aparıcı komandaları turnirdə iştirakdan imtina ediblər. Bunlara “Mançester Yunayted”, “Tottenhem”, “Çelsi”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Atletiko”, “İnter”, “Bavariya” və PSJ daxildir.

0 comments
bottom of page