Avropa Superliqasının yeni formatı


“Yuventus”un prezidenti Andrea Anyelli bu gün Avropa Super Liqasının yeni layihəsini təqdim edəcək.


90plus.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb. Superliqanın yaradıcıları tərəfindən təklif olunan məsələ turnirin qapalı formatda keçirilməsidir.


Yarışın yeni formatına əsasən, Superlqada iki divizion olacaq və turnirdə ümumilikdə 20 komanda iştirak edəcək. Beləliklə, komandalar aşağı diviziona düşə və yenidən yuxarıya yüksələ biləcəklər.

Daha əvvəl isə Superliqanın yaradıcıları turnirdə 12 komandanın iştirak edəcəyini açıqlamışdı.

0 comments