top of page

Avropa, TOP komamdalar siyahısında Biz…


Avropanın top komandalarının yeni reytinq cədvəli açıqlanıb.


90plus.az xəbər verir ki, siyahıda qitənin 415 ən güclü klubu yer alıb.

Azərbaycan cədvəldə 4 komanda ilə təmsil olunur. "Qarabağ" 293 xalla siyahıda 65-cidir.


Qurban Qurbanovun yetirmələri Avropa Liqasının “Bayer”lə səfər oyunundakı heç-heçədən (2:3) sonra 2 pillə geriləyib. Təmsilçimizin xal hesabı dəyişməyib.


"Neftçi" 27 xalla 240-cıdır. "Sabah" 20 xalla 260-cı pillədədir. Paytaxt klubları müvafiq olaraq 2 və 5 pillə irəliləyiblər. "Qəbələ" 5 xalla 367-cı yerdə qalıb.


Qeyd: Siyahıya 2444 xala malik "Real" başçılıq edir.

0 comments

Comentários


bottom of page