top of page

Avropa və dünya çempionu olan futbolçu dünyasını dəyişib


Almaniya millisinin sabiq futbolçusu Horst-Diter Höttges dünyasını dəyişib.


90plus.az xəbər verir ki, veteran müdafiəçi 80 yaşında vəfat edib. O, son illərdə demensiyadan əziyyət çəkirdi.

Qeyd edək ki, karyerasının böyük hissəsini "Verder"də keçirmiş Horst-Diter Höttges Bremen təmsilçisi ilə Bundesliqada 483 oyuna çıxıb və 1965-ci ildə ölkə çempionu olub.

O, həmçinin, Almaniya millisinin heyətində 1972-ci ildə Avropa çempionluğunu, 2 il sonra isə dünya çempionluğunu qazanıb.

0 comments

Recent Posts

See All

Comments


bottom of page