top of page

Avropa çempionatları tarixində yeni rekord

Avropa çempionatlarının tarixində yeni rekord qeydə alınıb. 90plus.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu, ötən gecə Avro-2020-nin finalında İtaliya - İngiltərə matçında rəsmiləşib. Əsas və əlavə vaxtı 1:1, penaltilər seriyası isə 3:2 hesabı ilə başa çatan görüşlə yarışda vurulan ümumi qolların sayı 142-yə çatıb. Bu isə Avropa çempionatları tarixində rekord göstərici sayılır. Əvvəlki rekord isə Avro-2016-cı ildə qaeydə alınmışdı - 108 qol.

0 comments
bottom of page