top of page

Avropa çempionatı: Bir güləşçimiz finalda, ikisi "bürünc" görüşünə çıxacaq

Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı start götürüb.

90plus.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 5 idmançısı xalça üzərinə çıxıb.


48 kq-da Musa Verdiyev 1/4 finalda Moldova təmsilçisi Viktor Andriana heç bir şans verməyib - 10:0. Yarımfinalda ukraynalı Vitali Qonçara da eyni hesabla qalib gələn güləşçi finala yüksəlib. Onun həlledici görüşdəki rəqibi Amal Candubayev olacaq.

55 kq-dakı Sübhan Səfərli isə əvvəlcə Umut Sabriyev (Bolqarıstan), ardınca isə Aron Nikolovu (Makedoniya) məğlub edib. Yarımfinalda Ermənistan güləşçisi Andranik Avetisyana uduzan idmançı bürünc medal uğrunda Benjamin Boeyte (Rumıniya) / Anzor Məcidov (Rusiya) cütünün qalibi ilə qarşılaşacaq.


65 kq çəki dərəcəsində yarışan Ümid Məmmədov təsnifat mərhələsində Bartlomey Novakovskiya (Polşa) 10:0 hesabı ilə qalib gəlsə də, 1/8 finalda Giorgi Qoqritçiani (Gürcüstan) ilə bacarmayıb - 4:5.


80 kq-da mübarizə aparan Səttərxan Allahverdili də mübarizəyə təsnifat mərhələsindən başlayıb. O, ardıcıl olaraq, Artyom Belavusov (Belarus), Radomir Stoyanov (Bolqarıstan) və Ruslan Yurşin (Rusiya) üzərində qələbə qazansa da, yarımfinalda Tornike Samxaradzeyə (Gürcüstan) məğlub olub. Allahverdilinin bürünc medal görüşündəki rəqibi Narek Qriqoryan (Ermənistan) / Eduan Koetze (Fransa) cütünün güclüsü olacaq.


110 kq-da Azay İsmayılov debütdə belaruslu Stepan Mandriki sonuncu xal prinsipinə əsasən üstələsə də, daha sonra Fransa güləşçisi Levan Laqvilava (Fransa) uduzub - 0:10.

0 comments
bottom of page