Avropaliqa - Həftənin ən yaxşısı

Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib. 90plus.az xəbər verir ki, “Espanyol”un hücumçusu Conatan Kalyeri birinci oub. Argentinalı futbolçu  “Vulverhempton”da 3:2 hesabıyla qalib gəldikləri oyunda het-trikə imza atmışdı. Qeyd edək ki, həftənin ən yaxşısı adına digər namizədlər Fred (“Mançester Yunayted”), Edin Vişça (“Başakşəhər”) və Kay Haverts (“Bayer”) idi.

0 comments