Avropanın ən dəyərli futbol klubları

“Football Benchmark” konsaltinq şirkətinin hesabatına görə, “Real” Avropanın ən dəyərli futbol klubu olaraq qalır.

90plus.az xəbər verir ki, “Football Benchmark” analitiklərinin hesabatında Avropanın 32 klubunun dəyəri illik maliyyə hesabatlarına və onların dəyərinin təxmininə əsasən hesablanır.


“Real” 3,184 milyard avroluq dəyərlə ardıcıl 4-cü il ən dəyərli klublar siyahısına başçılıq edir.

İkinci yeri “Mançester Yunayted” (2,9 milyard avro) tutur.


Üçüncü yerdə “Barselona” (2,8 milyard avro) qərarlaşıb.


“Bayern” 2,749 milyard avro ilə dördüncü, “Liverpul” isə 2,556 milyard avro ilə beşincidir.


32 ən dəyərli klubdan yalnız dördü (“Ayaks”, “Qalatasaray”, “Portu” və “Benfika”) Avropanın beş böyük liqasından – İngiltərə, İspaniya, Almaniya, İtaliya və Fransadan kənardadır.


Eyni zamanda, çempionatlar arasında İngiltərə Premyer Liqası 5,1 milyard avro ümumi gəlirlə liderlik edir.

0 comments