top of page

Avropanın top klublarının 2023-cü il üçün ilk reytinq siyahısı açıqlandı

Avropanın top klublarının 2023-cü il üçün ilk reytinq siyahısı açıqlanıb.


90plus.az xəbər verir ki, siyahıda qitənin 438 ən güclü klubu yer alıb.


Azərbaycanın üç klubu da siyahıya daxil edilib. “Qarabağ” 213 xalla 80-cidir. Qurban Qurbanovun komandasının mövqeyi dəyişməz qalıb.


Bir pillə geriləyən “Neftçi” 33 xalla qitədə 229-cudur. Daha çox – 9 addım aşağı yuvarlanan “Qəbələ” 5 xala 397-ci pillədə qərarlaşıb.


Siyahıya 2397 xala malik “Real” başçılıq edir.



0 comments
bottom of page