
Bu gün DÇ-2022-də qrup mərhələsinin 2-ci turunun oyunları davam edir.
90plus.az xəbər verir ki, D qrupunda Tunis millisi Avstraliya ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub. Bu qrupun digər oyununda isə saat 20:00-da Fransa və Danimarka yığmaları üz-üzə gələcək.
C qrupunda saat 17:00-da Polşa - Səudiyyə Ərəbistanı, saat 23:00-da Argentina - Meksika görüşü başlayacaq.
26 noyabr
D qrupu
14:00. Tunis - Avstraliya - 0:1
Qol: Dyuk, 24
Baş hakim: Daniel Zibert (Almaniya)
"Əl-Canub" stadionu
20:00. Fransa - Danimarka
Baş hakim: Şimon Marçinyak (Polşa)
"Stadium 974"