"Avstriya çempionatı Kiprinkindən üstündür" - "Neftçi"nin baş məşqçisi




"Qarabağ"ın Çempionlar Liqasındakı oyununa baxdım. Onlarla bizim aramızda gərgin mübarizə gedəcək. Premyer Liqaya hazırlaşmaq üçün xüsusi vaxtımız olmayaca"

"90plus"un xəbərinə görə, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Reqekampf deyib.

Rumıniyalı məşqçi UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqib "Rapid" barədə bunu bildirib:

"Biz "Rapid"i analiz edəcəyik. Avstriya çempionatı Kiprinkindən üstündür. Əminəm ki, hər iki oyun çətin olacaq. Avstriyada futbol atmosferinin necə olduğunu bilirəm. Əminəm ki, komandam bu oyunlara daha hazır olacaq".

Qeyd edək ki, "Neftçi" bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda Bakıda Kiprin "Aris" komandasına 3:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb

0 comments