top of page

Avstriya ilə Azərbaycan arasında keçiriləcək oyunun hakimləri açıqlandı

AVRO-2024-ün seçmə mərhələsində Avstriya ilə Azərbaycan milliləri arasında keçiriləcək oyunun hakimləri açıqlanıb.


90plus.az - ın məlumatına görə, UEFA F qrupunun ilk matçına Polşadan olan hakimlər briqadasını təyin edib.


Martın 24-də Linzdə baş tutacaq qarşılaşmanı Bartoş Frankovski idarə edəcək. Ona Marçin Boniek və Yakub Vinkler köməklik göstərəcəklər. Görüşdə ehtiyat hakim funksiyasını Damian Kos yerinə yetirəcək.


Qeyd edək ki, “Raiffeisen Arena”da keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.



0 comments
bottom of page