Avstriya klubundan Mahir açıqlaması

Avstriyanın "Şturm" klubu millimizin və "Qarabağ"ın futbolçusu Mahir Emreli ilə maraqlandıqlarına dair xəbərlərə münasibət bildirib.

90plus.az -ın xəbərinə görə, klubun idman direktoru Andreas Şiker yayılan xəbərlərlə bağlı "kleinezeitung.at" saytına açıqlaması verib. O, 24 yaşlı hücumçu üçün Ağdam klubuna təklif göndərmədiklərini bildirib: "Bizim forvard transferi ilə bağlı heç bir kluba müraciətimiz olmayıb. Əsas hücumçumuz Bekim Balyay komandada qalır. Onun Türkiyə klubuna keçəcəyi ilə bağlı xəbərlər də həqiqəti əks etdirmir".

Qeyd edək ki, son vaxtlar Mahir Emrelinin adı "Şturm"la yanaşı, Polşa və Macarıstan klubları ilə də hallanır.

0 comments