
Avstriyanın Avro-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya yığmalarına qarşı keçirəcəyi ilk iki oyunun yeri müəyyənləşib.
90plus.az "Tips"ə istinadən xəbər verir ki, hər iki qarşılaşma 2023-cü il fevralın 24-də açılacaq Linz şəhərindəki yeni "Raiffeisen Arena" stadionunda keçiriləcək. Arena 17 min nəfərdən bir qədər çox tamaşaçı tutumuna malik olacaq.
Avstriya- Azərbaycan oyunu 2023-cü il martın 24-də keçiriləcək. Avstriya - Estoniya görüşü isə martın 27-də oynanılacaq.
Qeyd edək ki, Avstriya millisi Linz şəhərində son rəsmi oyununu 1981-ci ildə keçirib.