Avtobus aşdı 8 futbolçu həyatını itirdi

Qanada avtobus qəzasında 8 futbolçu həyatını itirib.



90plus.az xəbər verir ki, hadisə Aşanti bölgəsində baş verib. “Afrikan Vizion” klubunun gənc futbolçularını daşıyan avtobus sürücünün idarəetməni itirməsi nəticəsində çaya düşüb. 6 futbolçu hadisə yerindəcə ölüb, 2-si isə xəstəxanada keçinib. Daha 4 futbolçunun isə vəziyyəti ağırdır.


12-15 yaş aralığında olan futbolçular gənclər liqasında oynamaq üçün qeydiyyatdan keçməyə gedirdilər.

0 comments