top of page

“Axmaq deyilik, hər şeyi görürük" Xavi


"Barselona"nın çalışdırıcısı Xavi klubun prezidenti Joan Laportanın "Real"ın hakimlərə təzyiq göstərməsi haqda verdiyi açıqlamaya münasibət bildirib. 


90plus.az "flashscore"a istinadən xəbər verir ki, mütəxəssis Laportanın sözlərini təsdiqləyib:


“Artıq demişəm ki, hakimlərin belə şəraitdə işləməsi mənim xoşuma gəlmir. Lakin onlar bunu hər həftə davam etdirirlər. Hakimlər şərti işarələr verirlər. Joan Laportanın sözləri ilə 100 faiz razıyam. Bu reallıqdır və biz "Barselona" azarkeşlərini aldada bilmərik.

Mən federasiya prezidenti və ya La Liqanın prezidenti deyiləm. Amma baş verən vəhşiliyə təəccüblənirəm. Bu problemdir, çünki rəqabəti aradan qaldırırlar. "Real" hər həftə La Liqanı tamamilə idarə etmək üçün hakimlər təyin edir. Bu doğrudur. Bunu hətta kor adam da görə bilər. Simeonenin dediyi kimi: "Biz axmaq deyilik və hər şeyi görürük". Media bu barədə yazmalıdır”.

0 comments
bottom of page