
"Ayaks"ın futbolçusu vurduğu qolu zəlzələdə vəfat edən həmyerlisi Kristian Atsuya həsr etdi.
90plus.az xəbər verir ki, "Ayaks" Hollandiya Liqasının cari turunda "Rotterdam"ı qəbul və məğlub edib. Görüşdə 4-cü qolu qanalı Mohammed Kudüs vurub. O vurduğu qolu Hatayda zəlzələ zamanı həyatını itirən həmyerlisi Kristian Atsuya həsr etdi.
Qeyd edək ki, Kristian Atsu Kudüslə birgə Qana millisində forma geyinmişdi.