“Ayaks” “Roma”nın yarımmüdafiəçisi Benjamin Tahiroviçi transfer etdiyini açıqlayıb.
90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, Niderland klubu 20 yaşlı futbolçu üçün İtaliya təmsilçisinə təxminən 8.5 milyon avro ödəyib.
Bosniya və herseqovinalı oyunçu 2021-ci ilin fevralında “Roma”ya keçib. O, paytaxt təmsilçisinin heyətində 13 oyuna çıxıb.
