Ayaz Quliyevin yeni klubu


"Spartak"dan ayrılan Ayaz Quliyevin yeni komandası müəyyənləşib. 90plus az xəbər verir ki, yarımmüdafiəçi Tulanın "Arsenal"ına keçib. Tərəflər arasında imzalanmış müqavilənin detalları açıqlanmayıb. Qeyd edək ki, "Spartak"ın yetirməsi olan Ayaz Quliyev bu komanda ilə yanaşı, "Rostov"un da formasını geyinib.

0 comments