Ayazlı “Arsenal” “Soçi”yə evdə uduzdu

Futbol üzrə Rusiya Premyer Liqasında 13-cü turun oyunları keçirilib.

90plus.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” (Tula) da növbəti matçına çıxıb.


Sözügedən kollektiv doğma meydanda “Soçi” ilə qarşılaşıb. Ayazın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.


Quliyev də bu görüşün iştirakçısı olub. O, 83-cü dəqiqədə meydana buraxılıb.


“Arsenal” geridə qalan 13 turda 12 xal toplayıb və 16 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

0 comments