top of page

"Ayntraxt" futbolçusu ilə müqaviləni uzatdı


Frankfurt "Ayntraxt"ı yarımmüdafiəçisi Mario Götze ilə müqaviləni uzadıb.

90plus.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. "Ayntraxt" ilə 30 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə 2026-cı il iyunun 30-na kimi hesablanıb.


Qeyd edək ki, 2022/2023 mövsümündə Götze "Ayntraxt"ın heyətində bütün yarışlarda 45 matçda 3 qol vurub və 10 qolun ötürməsini verib. "Transfermarkt" internet portalının məlumatına görə, futbolçunun təxmini dəyəri 13 milyon avro təşkil edir. Oyunçu 2022-ci ilin iyun ayından "Ayntraxt"da çıxış edir.

0 comments
bottom of page