top of page

“Ayntraxt” PSV-nin futbolçusunun transfer hüquqlarını alıb

“Ayntraxt”ın (Frankfurt) müdafiəçisi Filipp Maks növbəti mövsüm də Almaniya klubunda çıxış edəcək.


90plus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Frankfurt təmsilçisi onun transfer hüquqlarını PSV-dən aldığını açıqlayıb. 29 yaşlı futbolçu ilə 2026-cı ilə qədər müqavilə imzalanıb.


Maks bu ilin yanvarından icarə əsasında Bundesliqa klubunda çıxış edir. Bu müddət ərzində o, 13 matça çıxıb və bir məhsuldar ötürmə edib.

0 comments

Recent Posts

See All

Comments


bottom of page