top of page

Ayxan Abbasov: "Çempionatda xal fərqi o qədərə də böyük deyil"

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Türkiyədə keçirdikləri qış təlim-məşq toplanışını dəyərləndirib.


90plus.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:


“Yanvarın 3-dən etibarən Bakıda toplanışa start verdik. 3 gün burada hazırlıq keçdik. Uzun müddət idi evlərinə gedə bilməyən legionerlərimiz Bakıdakı toplanışına qatılmamışdılar. İstədik ki, ailələri ilə müəyyən vaxt keçirmələrinə imkan yaradaq. Amma hamısına xüsusi proqram verilmişdi. İstirahət müddəti də az oldu. Antalyada üç məşqdən sonra “Petrolul”la ilk yoxlama oyunumza çıxdıq. Ağır oyun oldu. Çalışdıq ki, futbolçuların hamısı meydançada olsun. Ağır məşqlərdən sonra belə çətin oyuna çıxmaq fiziki keyfiyyətlərin artmasına müsbət təsir etməlidir. Bu oyundan sonra məşqlərimizə davam etdik. Daha iki yoxlama oyunu keçirdik, hər ikisində qələbə qazandıq. Qələbədən daha vacib futbolçuların bu oyunlardakı əzmkarlıqları bizi qane etdi. Bəzi oyunlarda heyətdə dəyişikliklər etdik, taktiki gedişləri sınadıq.


Ümumilikdə toplanış yaxşı keçdi. Siyanda Xulunun heyətə qayıtmasını qeyd etmək istərdim. Zədəsini tam sağaldıb və tam hazırdır. Henri Okebuqvu ağır zədədən sonra məşqlərə başladı, son oyunlarda da iştirak etdi. Cavid Tağıyevin xəstələnməsi, daha sonra isə kiçik zədə alması bizi üzdü. Hazırlıq proqramını istədiyimiz kimi baş çatdırdıq. Bu gün son bərpa məşqimizi keçdikdən sonra axşam saatlarına vətənə dönəcəyik. Gələn həftə bizi “Qarabağ”la çox ağır oyun gözləyir. Çempionatda xal fərqi o qədərə də böyük deyil. Təqvim çox ağrdır. Bütün komandalar üçün hər xal vacibdir. Ümid edirəm ki, burada keçdiyimiz təlim-məşq toplanışının müsbət nəticəsini çempionat oyunlarında görə biləcəyik”.



0 comments
bottom of page