top of page

Ayxan Abbasov 0-1 məğlubiyyət barədə: “Futbolçularım sağ olsunlar”


"Oyunun mahiyətini bilirdik. "Sabah" ən yaxşı komandalardandır. Oyunları ilə hər dəfə bunu sübut ediblər. Buna baxmayaraq futbolçularım sağ olsunlar, yaxşı mübarizə apardılar. Hesabdan asılı olmayaraq onlara təşəkkürümü bildirəcəkdim".


90plus.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 15-ci turunda bu gün "Sabah"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.


0:1 hesablı məğlubiyyəti şərh edən çalışdırıcı itkilərinin çox olduğunu bildirib:  "Son 2, 3 gündə çətin vəziyyətdə idik. Bir neçə futbolçumuz oyuna ağrı ilə çıxmışdı. Onların xarakter nümayiş etmələri məni sevindirdi. İtkilərimiz çoxdur. Bəzi futbolçularımız demək olar 50 faiz hazırdılar, amma oynatmağa məcburuq. Qış fasiləsinədək sıx qrafikə girmişik. Təəssüf ki, Henri də oyunun əvvəllində zədələnərək o sıraya qatıldı. Nə qədər itkilərimiz də olsa futbolçularımızdan bu əzmkarlığı istəyirik. Gənc futbolçularımızın "Sabah" kimi rəqibə qarşı çəkinmədən mübarizə aparmaları məni sevindirir. Növbəti oyunlarda xal ehtiyatımızı artırmağa çalışacağıq".

0 comments
bottom of page