Ayxan Abbasov: "Kubok fərqli ab-havada keçir"


"Kubok fərqli ab-havada keçir. İlk oyundakı məğlubiyyət işimizi çətinləşdirirdi".


90plus.az xəbər verir ki, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Kubokunun 1/4 finalında "Səbail"ə səfərdə 2:1 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis rəqibin gücünə bələd olduqlarını bildirib: "Futbolçlar ilk 25 dəqiqədə bütün tapşırıqları yerinə yetirdilər. Bundan sonra topa daha çox nəzarət etməyə başladıq. İlk oyunla müqayisədə taktiki dəyisiklər etmisdik. Cabir Əmirli və Dmitri Nağıyev cinahlarda ilk hissədə daha fəal idilər. Nağıyev hücumda daha uğurlu ola bilərdi. Ancaq fikrimcə, müdafiədə yaxşı oynadı".

Abbasov yarımfinalda "Qarabağ"la qarşılaşacaqlarını sözlərinə əlavə edib: "İndi çempionata hazırlamalıyıq. Rəqibin gücü hər kəsə məlumdur. Ancaq onlara qarşı da uğurlu çıxış etməyə çalışacağıq. Bunun üçün nələrsə fikirləşəcəyik".

0 comments

Recent Posts

See All