Ayxan Abbasov :"Qəbələ səfəri həmişə ağır keçib"

"Qəbələ səfəri həmişə ağır keçib. Bizi nəyin gözlədiyini bilirdik. Futbolçularımızı buna uyğun hazırlamışdıq. Amma rəqib bizdən daha istəkli görünürdü".


90plus.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransında deyib.


Məşqçi komandasının yaxşı oynamadığını bildirib :"Bunun üzərində işləməliyik. Çempionat daha da gərginləşir. Hər xal vacibdir. "Qəbələ"ni qələbə münasibətilə təbrik edirəm".


"Qəbələ"dəki istək, aqressiya bizdəkindən üstün idi. Təbii ki, bu cür komanda ilə oyunlarda çox epizoda girə bilmirsən. Amma qol imkanlarımız oldu".

Baş məşqçi oyunun referisi Səbuhi Bayramovun idarəçiliyinə də toxunub: "Əslində ilk hissənin ortalarınadək hakimlikdən narazı deyildik. Meydandakı səs-küy bizim komandaya aid deyildi. Sadəcə, matçın sonlarında rəqibin oyunu gecikdirməsinə etiraz etdik. Ümumi götürsək, idarəçilik normal idi. Böyük səhvlər olmadı".

0 comments

Recent Posts

See All