top of page

Ayxan Abbasov “Zirə”nin təzyiqinə dözmədiklərini etiraf edib!



"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun 1/8 finalında "Zirə"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat kofransında danışıb.


90plus.az xəbər verir ki, Abbasov üç gün öncə Premyer Liqada "Zirə" ilə oynadıqlarını xatırladıb:

"Bilirdik ki, məğlubiyətdən sonra daha da aqressiv olacaqlar. Futbolçularımızı hazır etməyə çalışdıq. İlk dəqiqələrdəki qol rəqibi bir qədər də aqressivləşdirdi. İkinci qolu vura bilərdik. Belə oyunlarda ikinci qol lazımdır. Təəssüf ki, yorğunçuluq öz sözünü dedi. Rəqibin təzyiqinə dözə bilmədik.

Bu mərhələ bir oyundan ibarət idi. Bəlkə də bu mərhələdə ən ağır cütlük biz idik. Digər komandalar birinci liqa komandaları ilə oynayırdı. Püşk belə oldu. Bu mövsüm bizim üçün kubok bitdi".


Qeyd: 1/4 finalın 2 cütü bəlli olub:


"Araz-Naxçıvan" - "Qəbələ"

"Səbail" - "Zirə”


"Sumqayıt" “Neftçi” - "Qaradağ Lökbatan" cütünün qalibi

"Sabah" / "Qarabağ" - MOİK cütünün qalibi












0 comments
bottom of page