top of page

Azər Bağırov yerli oyunçu axtarışındadır


"Premyer Liqa ilə Birinci Liqa arasında fərq böyükdür. Bu, komandaların hazırlıq prosesinə də təsir edir. Bəzən istək, əzmkarlıq ustalıq səviyyəsini üstələyə bilir. Ona görə işimizə ciddi yanaşmalıyıq"


90plus.az xəbər verir ki, "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Azərbaycan kubokunun 1/8 finalında "İrəvan"ı 8:2 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında belə danışıb:


"Komandanın oyununu daha da yaxşılaşdırmaq istəyirik. Maksimum nəticə nədirsə, kubokda da, liqada da edəcəyik. Təbii ki, qışda güclənməliyik. Çalışacağıq ki, qış fasiləsində bəzi dəyişiklik edək, əsasən də yerli oyunçular tapaq".


A.Bağırov qış hazırlığının Azərbaycanda keçmələrinin səbəbi ilə bağlı deyib: "Komanda gec yığılacaq, yanvarın 4-də bir araya gələcəyik. Arada da 20 günlük fasilə qalır. Komandanı yığıb Türkiyəyə getmək... Zədələr ola bilər. Düşündük ki, Bakıda yığılaq, bir az hazırlaşaq. Yanvarın 10-dan sonra Qəbələyə də gedə bilərik".


0 comments
bottom of page