
Polşanın Poznan şəhərində 15-16 apreldə gənclər arasında Avropa Kuboku keçiriləcək.
90plus.az xəbər verir ki, trnirdə 25 ölkədən 452 idmançı iştirak edəcək. Azərbaycan yarışda 12 çəki dərəsində 15 oğlan və 5 qız cüdoçu ilə təmsil olunacaq.
Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli və gənc qızlardan ibarət yığmanın məşqçisi Vüqar Hüseynov rəhbərlik edəcək.
İdmançılarımız 17-19 aprel tarixlərində Poznanda təşkil olunacaq beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.
Qızlar
-48 kq.Leyla Dəmirova
-52 kq.Zeynəb Məmmədova
-57 kq.Lətifə Abbasova
-78 kq.Nərmin Əmirli
+78 kq.Nigar Süleymanova
Oğlanlar
-60 kq.Nizami İmranovNurlan KərimliMurad MuradlıNicat Şirinov
-66 kq.Nicat NağıyevSamir PiriyevAydın Rzayev
-73 kq.Qadir HüseynovSüleyman Əliyev
-81 kq.Ömər RəcəbliƏli Hacızadə
-90 kq.İsmayıl ZamanovƏjdər Bağırov
-100 kq.Tamerlan Cabbarov
+100 kq.Kənan Nəsibov