Azərbaycanı qiymətləndirməmək olmaz"


"Hazırlıq planlaşdırdığımız kimi getmədi. Avropa çempionatını aparıcı hücumçumuz Kayya Qrobelnasız başa vurmalıyıq. Əlbəttə, təslim olmamışıq. Mümkün qədər yaxşı məşq etmişik və turnirə yüksək əhval-ruhiyyədə başlayacağıq". 90plus.az xəbər verir ki, bu sözləri Belçika millisinin voleybolçusu Manon Streycer Azərbaycana qarşı keçirəcəkləri Avropa çempionatının A qrupunun ilk oyunu barədə danışarkən deyib. "Normal səviyyəmizə çatsaq, Azərbaycanı, Bosniya və Herseqovinanı, həmçinin Fransanı məğlub edə bilərik. İlk oyun olduqca vacibdir. Millətlər Liqasında ritmimizi və oyun səviyyəmizi ən qısa zamanda tapmalıyıq. Rəqibə hörmətlə yanaşırıq. Onları qiymətləndirməmək olmaz". Qeyd edək ki, avqustun 20-də keçiriləcək Azərbaycan - Belçika oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

0 comments