Azərbaycanın ən populyar klubu açıqlandı – “Qarabağ”

"Deportes&Finanzas" portalı 2020-ci ildə sosial şəbəkələrdə Avropanın ən populyar futbol klublarının reytinqini tərtib edib.

90plus.az xəbər verir ki, siyahıda Azərbaycan Premyer Liqasının lideri "Qarabağ"ın da adı var.

"Böyük beşlik" liqalarından İngiltərədə "Liverpul", İspaniyada "Barselona", İtaliyada "Yuventus", Almaniyada "Bavariya", Fransada isə PSJ öz rəqiblərini qabaqlayıb. Qeyd edək ki, təhlil zamanı klubların sosial şəbəkələrdə fəaliyyəti, paylaşımlarına gələn bəyənmə, şərh və baxış sayları nəzərə alınıb.

0 comments

Recent Posts

See All