"Azərbaycanın ən yaxşı futbolçusu Odur" - "Şerif"in baş məşqçisi


"Qarabağ"ı təbrik edirəm. Onların qrupa düşməsini arzulayıram. Buraxılan səhvdən sonra penalti oldu, daha sonra qırmızı vərəqə aldıq".

90plus.az xəbər verir ki, bu sözləri Moldova "Şerif"inin baş məşqçisi Zoran Zekiç Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.


46 yaşlı mütəxəssis "Qarabağ"ın güclü futbolçularının olduğunu söyləyib: "İlk hissənin əvvəlində bərabər oyun gedirdi. Penalti epizodundan sonra üstünlük rəqibin tərəfinə keçdi. "Qarabağ" meydanda daha yaxşı olan tərəf idi". Zekiç komandasının antifutbol oynaması fikrinə münasibət bildirib: "Mən də hücum futbolu oynamaq istərdim. Amma öz oyunumuzu antifutbol saymıram". Baş məşqçi qırmızı vərəqə alan futbolçu Anatol Abanqa cəza verib-verməyəcəyi barədə hələ düşünmədiyini vurğulayıb. "Şerif"in çalışdırıcısı bundan əvvəlki mətbuat konfransında olduğu kimi bu dəfə də Ağdam klubunun oyunçusu Qara Qarayevi fərqləndirib: "Meydanın mərkəzində çox fəaldır. Topları yaxşı qəbul edir və hücuma qoşulur. O, nəinki "Qarabağ"ın, hətta Azərbaycanın ən yaxşı futbolçusudur".

0 comments

Recent Posts

See All