top of page

Azərbaycanın 2 karateçisi Dünya Oyunlarına lisenziya qazanıb


Azərbaycanın 2 karateçisi gələn il ABŞ-da keçiriləcək XI Dünya Oyunlarına lisenziya qazanıb. İrina Zaretska (68 kq) və Asiman Qurbanlı (+84 kq) sözügedən yarışda iştirak hüququ əldə edib. Hər iki idmançı buna Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki dünya çempionatında yer tutmaqla nail olub. Mundialda Zaretska qızıl, Qurbanlı isə bürünc medala layiq görülüb. Rafael Ağayevin (75 kq) də Dünya Oyunlarına lisenziya qazanmaq imkanları yüksəkdir. Onun bu mötəbər yarışa qatılması 2022-ci ildə Karate1 seriyasından prestijli turnirlər və Avropa çempionatındakı nəticədən asılı olacaq.


(Report)

0 comments
bottom of page