Azərbaycanın daha 7 cüdoçusu Açıq Avropa turnirində mübarizəyə başlayır

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Açıq Avropa turniri davam edir.

90plus.az xəbər verir ki, bu gün Azərbaycanın daha 7 cüdoçusu mübarizəyə başlayacaq. Yarışın ikinci günündə ölkə təmsilçiləri 4 çəki dərəcəsində qüvvəsini sınayacaq.


81 kq-da Kərim Allahverdiyev və Məhərrəm İmamverdiyev 1/8 finalda müvafiq olaraq Şamil Dzavbatırov (Almaniya) və Arber Kulaşi (Kosovo) ilə qarşılaşacaq. Bu çəkidəki digər cüdoçu Ömər Rəcəbli isə 1/6 finalda Joau Fernadunu (Portuqaliya) sınağa çəkəcək.

90 kq-da yer alan Əjdər Bağırov 1/8 finalda Citse Van Den Herrevegenlə (Belçika) üz-üzə gələcək.


100 kq-da çıxış edən Sabir İsayevin 1/8 finaldakı rəqibi Aleksey Yerşov (Ukrayna), Ruslan Nəsirlinin rəqibi isə Ris Tompson (Böyük Britaniya) olacaq.


Qadınların yarışında isə Günel Həsənli tatamiyə çıxacaq. 70 kq-dakı idmançı 1/4 finalda Minel Akdenizlə (Türkiyə) münasibətlərinə aydınlıq gətirəcək.


Qeyd edək ki, ilk yarış günündə 60 kq-da mübarizə aparmış Azərbaycan cüdoçularından Turan Bayramov qızıl, Samir Piriyev isə gümüş medal qazanıb.


Açıq Avropa turniri

Kişilər

81 kq

1/16 final. Ömər Rəcəbli - Joau Fernadu (Portuqaliya)

1/8 final. Kərim Allahverdiyev - Şamil Dzavbatırov (Almaniya)

1/8 final. Məhərrəm İmamverdiyev - Arber Kulaşi (Kosovo)


90 kq

1/8 final. Əjdər Bağırov - Citse Van Den Herrevegen (Belçika)


100 kq

1/8 final. Sabir İsayev - Aleksey Yerşov (Ukrayna)

1/8 final. Ruslan Nəsirli - Ris Tompson (Böyük Britaniya)


Qadınlar

70 kq

1/4 final. Günel Həsənli - Minel Akdenizlə (Türkiyə)

0 comments