Azərbaycanın FIFA referisi Braziliyanın oyununa təyinat alıb

Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov növbəti dəfə vacib oyuna təyinat alıb.


90plus.az - ın məlumatına görə, o, Braziliya və İran komandaları arasında keçiriləcək “Emirates Intercontinental Beach Soccer Cup 2022” turnirinin final matçını idarə edəcək.


Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki qarşılaşma bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.



0 comments