top of page

Azərbaycanın FIFA referisi Yunanıstan Super Liqasının oyununa təyinat aldı

Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Super Liqasının oyununa təyinat alıb.


90plus.az - ın məlumatına görə, 36 yaşlı baş hakim PAOK və "Aris" komandaları arasında keçiriləcək XXXIII tur matçını idarə edəcək.

Ona laysmanlar Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcəklər. Kamal Umudlu isə VAR-da iş başında olacaq.


Qeyd edək ki, aprelin 30-da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.



0 comments
bottom of page