“Azərbaycanın güclü komanda olduğunu bilirdik" Yunanıstanın baş məşqçisi


Futzal üzrə Yunanıstan millisinin baş məşqçisi Con Ziavas Avropa çempionatının seçmə mərhələsinin sonuncu turunda Azərbaycana 0:4 hesabı ilə uduzduqları oyunu şərh edib.

90plus.az xəbər verir ki, o, matçla bağlı deyib:

“Azərbaycan millisinin güclü komanda olduğunu bilirdik. Çünki bu komandanın heyətində istedadlı, fərdi oyun keyfiyyətlərinə görə seçilən futzalçılar yer alıb. Biz də çalışdıq öz oyunumuz oynayaq, tamaşaçılar meydanda baxımlı futzal izləsinlər. Bacardığımızı etdik. Təbii ki, bu cür oyunlar bizim təcrübə toplamağımız baxımından vacib idi. Avropa çempionatının final mərhələsində Azərbaycan millisinə uğurlar arzulayırıq”.

0 comments