"Azərbaycanın gənc futbolçuları İtaliyada yaxşı işlər görə bilər"


"Azərbaycanın İtaliyada yaxşı işlər görə biləcək maraqlı gəncləri var. Xüsusən də, yığmada artıq debüt edən bəzi uşaqlar haqqında bu fikirdəyəm. Amma mən onların adlarını deməyə cəhd etməyəcəyəm". 90plus.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "Torino.repubblica" nəşrinə müsahibəsində deyib. 66 yaşlı mütəxəssis Azərbaycan yığmasının hədəflərindən də söz açıb: "Millətlər Liqasında zirvəyə çatmağa çalışan komanda yaratmaq istəyirik. Qrupumuzda Slovakiya hamını qabaqlayır. Digərləri ilə birlikdə ikinci yer uğrunda mübarizə aparırıq". İtaliyalı baş məşqçi bu gün Serbiyada üz-üzə gələcəkləri Belarusla görüşə də toxunub: "UEFA-nın sanksiyası səbəbindən səfər oyunumuzu Serbiyada, Novi-Sadda keçirəcəyik. 90 dəqiqə ərzində fikrimi yalnız matça cəmləməliyəm, başqa düşüncələrə yer olmayacaq".

0 comments