top of page

"Azərbaycanın İrlandiyaya qarşı matçını izlədik".


"Azərbaycan millisinin İrlandiyaya qarşı matçını izlədik". 90plus.az xəbər verir ki, bu sözləri Portuqaliya millisinin futbolçusu Ruben Diaş Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib. 24 yaşlı müdafiəçi Canni De Byazinin başçılıq etdiyi kollektivin yaxşı oyun sərgilədiyini bildirib: "Bu matçda da əsas şərtimiz diqqətli olmaq və görüşə fokuslanmaq olacaq". Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Portuqaliya matçı saat 20:00-da start götürəcək.

0 comments
bottom of page