Azərbaycanın boççia idman növü üzrə paralimpiyaçısı Bəhruz Mirzəyev (BC-4) Xorvatiyanın Zaqreb şəhərində keçirilən “Intercontinental Challenger” çempionatında qızıl medal qazanıb. 90plus.az xəb, idmançı finalda ukraynalı Artyom Kolinkonu məğlub edib.
Orxan Kərimov (BC-2) bürünc medal uğrunda qarşılaşmada çexiyalı Yozef Zabkaya qalib gələrək 3-cü yeri tutub.
Azərbaycanın qadın təmsilçisi Sona Ağayeva da qızıl medal əldə edə bilər. O, həlledici görüşdə portuqaliyalı Ana Korreya ilə üz-üzə gələcək.
Qeyd edək ki, yarış Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandırır.