Azərbaycanın mövqeyi dəyişdi - UEFA reytinqi

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA-nın yeni reytinq cədvəli açıqlanıb.

90plus.az xəbər verir ki, yeni reytinqdə Azərbaycan 1 pillə irəliləyib. "Neftçi"nin 1-ci təsnifat mərhələsində evdə "Dinamo"ya (Tbilisi) 2:1 hesabı ilə qalib gəlməsi sayəsində ölkəmizin aktivinə 0,250 xal əlavə olunub. Bununla da Azərbaycanın son 5 mövsüm üçün xalı 13,125-ə çatıb və ölkəmiz reytinqdə birgünlük fasilədən sonra 29-cu pillədən yenidən 28-ci pilləyə qayıdıb. Hazırda Azərbaycan 27-ci pillədə olan Qazaxıstandan 0,125 xal geri qalır.

Qeyd edək ki, bu mövsüm başlayarkən ölkəmiz UEFA reytinqində 26-cı olub. Xatırladaq ki, UEFA Konfrans Liqasındakı təmslçilərimiz mübarizəyə gələn həftə başlayacaqlar. "Neftçi" ilə yanaşı onların da çıxışlarından asılı olaraq, reytinqimizdə növbəti dəyişikliklər baş verəcək.

0 comments