Azərbaycanın para-atletləri Tokio-2020-də finala vəsiqə qazanıb

Azərbaycan Milli Paralimpiya Komandasının atletika idman növü üzrə təmsilçisi Yelena Çebanu Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizəyə uğurla başlayıb.

90plus.az Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir.


Məlumata görə, Yelena Çebanu (T13) 100 metr kateqoriyasında 12:16 saniyəlik nəticə göstərərək, final mərhələsinə vəsiqə qazanıb.


Atletika idman növü üzrə təmsilçisi Yuliya Yanovskaya da (T13) 100 metr kateqoriyasında 12:41 saniyəlik nəticə göstərərək final mərhələsinə vəsiqə qazanıb.


Eyni zamanda atletika idman növü üzrə təmsilçimiz Lamiyə Vəliyeva da (T13) 100 metr kateqoriyasında 12:09 saniyəlik nəticə göstərərək, final mərhələsinə vəsiqə qazanıb.


Güllə atıcılığı idman növü üzrə təmsilçimiz Yelena Taranova (P12 - 10 metr) təsnifat mərhələsində mübarizəni dayandırıb.


Finalda idmançılarımız ilə yanaşı, Cohanna Pretorius (Cənubi Afrika Respublikası), Kim Krosbi (ABŞ), Adiaratu İglesias Forneiro (İspaniya), Rayan Sares da Silva (Braziliya) və Leyla Acametova (Ukrayna) birincilik uğrunda yarışacaqlar. Yarışın final mərhələsi bü gün Bakı vaxtı ilə saat 14:57-də start götürəcək.

0 comments