Azərbaycanın qadınlardan ibarət millisi qələbə qazanıb!


Bakıda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib.

"90plus" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda Birləşmiş Ərəb Əmirlikləri yığması ilə üz-üzə gəlib.

“Dalğa Arena”dakı qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millinin qollarını Sevinc Cəfərzadə və Manə Mollayevə vurub.

Qeyd edək ki, Azərbaycan yığması fevralın 20-də eyni rəqibi 4:0 hesabı ilə üstələyib.

0 comments