top of page

Azərbaycanın U-21 millisi seçmə mərhələdə növbəti oyununa çıxır


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.


90plus.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu kollektiv A qrupundakı ikinci matçında səfərdə Avstriya ilə üz-üzə gələcək. "Kayne Zorgen Arena"dakı qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşü Belarusdan olan FIFA referisi Amin Kurqheli idarə edəcək.

Azərbaycan millisi qrupdakı ilk görüşündə səfərdə Xorvatiyaya 0:2 hesabı ilə uduzub. Hazırda xalı olmayan yığma 5-ci pillədə qərarlaşıb.

Avropa çempionatının seçmə mərhələsi

A qrupu

20:00. Avstriya - Azərbaycan

Hakimlər: Amin Kurqheli, Yuri Xomçenko, Viktor Xetskov, Denis Şerbakov (Belarus)

Rid, "Kayne Zorgen Arena"

Xal durumu: Norveç - 3, Finlandiya - 3, Xorvatiya - 3, Avstriya - 3 (2 oyuna), Azərbaycan - 0, Estoniya - 0 (2)


0 comments
bottom of page