top of page

Azərbaycan çempionatı: “Qəbələ” Gəncə klubu ilə görüşəcək!


“Qəbələ” Misli Premyer Liqasının 8-ci turunun bu gün keçiriləcək oyununda “Kəpəz”lə qarşılaşacaq.


90plus.az klubun saytına istinadən xəbər verir ki, səfər görüşünün hazırlığında “qırmızı-qaralar”ın 5 futbolçusu iştirak etmir.


7-ci turun “Qarabağ”la ev qarşılaşmasında (1:2) zədə aldığı üçün əvəzlənən Gilad Abramov bərpa prosesi keçir. Onun bir həftədən sonra komandaya qoşulacağı gözlənilir. Dizindən zədələnən qapıçı Kristof Atanqana da komanda ilə məşqlərə qatılmır. Urfan Abbasov, Asif Məmmədov və Feras Abu Akal isə bərpa prosesini davam etdirirlər.


Xatırladaq ki, Gəncə şəhər stadionunda keçiriləcək “Kəpəz” - “Qəbələ” görüşü saat 16:00-da başlayacaq.

0 comments
bottom of page