top of page

Azərbaycan çempionatı reytinqdə 19 pillə irəliləyib


Dünyanın ən yaxşı yerli çempionatlarının illik reytinq cədvəli açıqlanıb.

90plus.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) hazırladığı siyahıda 80 liqa yer alıb. Onların arasında Azərbaycan çempionatı - Misli Premyer Liqası da var. Aktivində 349,25 xal olan liqamız cəvəldə 41-ci pillədə qərarlaşıb. Azərbaycan çempionatı ötən reytinqlə müqayisədə 19 pillə irəliləyib.


Sıralamaya Braziliya A seriyası liderlik edir (1181 xal). Avropanın "TOP-5" çempionatlarından İngiltərə Premyer Liqası 2-ci (1086 xal), İspaniya La Liqası 3-cü (967,5 xal), Almaniya Bundesliqası 4-cü (921,5 xal), İtaliya A seriyası 5-ci, (866 xal) Fransa Liqa 1-i 6-cıdır (855 xal).

Türkiyə Superliqası isə bu siyahıda 582,5 xalla 15-ci yeri tutub. 

0 comments
bottom of page