Azərbaycan çempionatının oyunu yarımçıq dayandırılıb


AFFA İntizam Komitəsi futzal üzrə II Liqada mübarizə aparan “Zülfüqar” komandasına 0:5 hesablı texniki məğlubiyyət verib. 90plus.az xəbər verir ki, buna “Hövsan”la I tur oyununun yarımçıq dayandırılması səbəb olub. Matçın gedişində meydan sahiblərinin 3 üzvü - Elmir Adiyev, Şəhriyar Gülüşov və Elmir Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılıblar. Hər 3 futzalçı 1 oyunluq cəzalandırılıb. Bundan başqa, görüş başa çatdıqdan sonra “Zülfüqar” komandasının digər oyunçusu Vüsal Məmmədov hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb və 4 oyun cəza alıb.

0 comments